Seda Sayanın verilişi bağlandı, özü isə ölkəni tərk etdi

Seda Sayanın verilişi bağlandı, özü isə ölkəni tərk etdi
5921 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar adı qalmaqallarda hallanan “Seda Sayan Show”-nun yayımı dayandırılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əvvəlcə 2 nəfəri qətlə yetirən cinayətkarın efirə çıxarılması, daha sonra isə Seda Sayanla müğənni Niran Ünsal arasında “Dörd uşaqdan sonra ağlın başına gəldi? – Sən də 6 dəfə ərə getmisən, ağıllanmamısan” dialoqunun baş verməsi verilişin bağlanmasına səbəb olub. 

Məhz bu hadisələr üzündən kanal rəhbərliyi belə bir qərara gəlib. Hazırda S.Sayanın bir müddət dincəlmək üçün ölkəni tərk etdiyi və daha sonra fərqli bir formatda yeni proqramla ekranlara qayıdacağı deyilir.