“Dedim ki, bir də oxuduğunu görsəm, səni öldürəcəm”

“Dedim ki, bir də oxuduğunu görsəm, səni öldürəcəm”
2660 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cavad Rəcəbov qızına oxumağı qadağan edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı övladlarının onun sənətinə marağından danışıb:

“Qızım İlahə oğlumdan böyükdür. Oğlum musiqiçidir, ona bu sahədə savad da vermişəm. Amma qızıma yox. 4-5 yaşı olardı. Bir gün evə gəldim ki, qonşular başına yığışıb, bu da elə gözəl oxuyur ki... Tutdum boğazından dedim ki, bir də oxuduğunu görsəm, səni öldürəcəm. Qızı əlimdən güclə aldılar. İstəmirəm müğənni olsun. 51 ildir sənətdəyəm. Bu sahədə artıq o qədər şey görmüşəm ki...”.