Bu gün toy olacaq - fotolar

Bu gün toy olacaq -  fotolar
8137 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün azərbaycanlı yazıçı-jurnalist Aysel Əlizadənin toyudur. 

Axşam.az-ın məlumatına görə, o, Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı ilə nikah masasına oturacaq. Toy mərasimi Bakı Əyləncə Mərkəzində baş tutacaq.

Qeyd edək ki, A.Əlizadənin ilk evliliyindən İzel adlı bir qızı var.

Xatırladaq ki, Aysel iyunda Ramin Hacılı tərəfindən sürpriz evlilik təklifi almışdı. Belə ki, Muğam Mərkəzində keçirilən TED x tədbirində maraqlı olay yaşanıb.

Tədbirdə məruzəçi kimi "Yüklənmə" mövzusunda çıxış edən Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.
Həmin tədbirdə A.Əlizadə də yer alıb. Cütlük ötən il prezident seçkiləri günü tanış olub. Hər ikisi prezidentliyə namizəd İqbal Ağazadənin vəkilliyini edib.

Allah xoşbəxt etsin!