Yağış yağacaq

Yağış yağacaq
1589 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, günün ikinci yarısında tədircən kəsiləcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.