Məryəm Üzərli öz adını daşıyan marka yaradır

Məryəm Üzərli öz adını daşıyan marka yaradır
1735 dəfə oxunub
  • A-
  • A
  • A+
“Möhtəşəm yüz il” serialından Hürrəm Sultan rolu ilə tanınan almaniyalı aktrisa Məryəm Üzərli öz adını daşıyan kosmetik marka yaradır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “By Meryem” adlı markanın dodaq boyası, ənlik, kirşan və s. kimi müxtəlif kosmetik məhsulları istehsal olunacaq. M.Üzərli artıq bir ildir ki, ögey qardaşı ilə birlikdə həmin firmanın gözəllik vasitələri üzərində çalışdığını deyib.
 
Aktrisa məhsulları gələn ildən satışa çıxarmağı planlaşdırır.