"...Sevginin qurtardığı yerdə" - Könül

"...Sevginin qurtardığı yerdə" -  Könül
3520 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nargis” jurnalının məsul redaktoru, aktrisa Könül Nağıyeva dərgiyə müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

1.Hansı mahnı “qəlbinizin saundtreki” kimi səslənir?

- Stinq: “Practical arrangement”.

2. Sevgi haqqında ən yaxşı roman?

- E.Bronte: “İldırımlı təpələr”.

3. Qadın nə istəyir?

- Sonsuz diqqət və hədiyyələr.

4. Dünyada nəyi dəyişmək istərdiniz?

- Uşaqlar xəstələnməsin və ölməsinlər.

5. Dünyanın sonu harada yerləşir?

- Sevginin qurtardığı yerdə.

6. Keçmiş həyatınızda siz kim olmusunuz?

- Keyşa adlı biri...

7. Ünvanınıza səsləndirilmiş ən maraqlı kompliment?

- “Ana, istəyirəm ki, həyat yoldaşım sənə oxşasın”.

8. Aforizminiz...

- “Həyat onu pəhrizlə, xəsis kişilərlə və pis əhval-ruhiyyə ilə korlamaq üçün çox qısadır” (Faina Ranevskaya, aktrisa).