“Səni ürəyim sevdi” - ATV-də yeni serial başlayır

“Səni ürəyim sevdi” -  ATV-də yeni serial başlayır
3087 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV kanalında “Səni ürəyim sevdi” adlı yeni serial yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, "Oscarfilm" prodakşnın istehsalı olan ekran işi İlqar Fəhminin "Ay tutulanda" povestinin motivləri əsasında çəkilib. Rejissor Yaşar Əhmədovun imzası ilə ərsəyə gələn filmin quruluşçu rejissoru Şahin Qəhrəmandır. Sevgi və ailə dramı əks olunan ekran işinin baş rollarını aktyorlar Anar Heybətov, Şəlalə Şahvələdqızı, Nazir Rüstəmov, Əjdər Zeynalov, Cəlal Məmmədov, Murad İsayev və Xumar Səlimova ifa edirlər.

Filmin çəkilişində ən son texniki avadanlıqlardan istifadə edilib və Azərbaycanda ilk dəfə sualtı səhnələr lentə alınıb. Yeni serial 13 oktyabrdan etibarən , həftə içi üç gün yayımlanacaq.