Konçitaya görə parlamentin qarşısında izdiham yaşandı – fotolar

Konçitaya görə parlamentin qarşısında izdiham yaşandı – fotolar
2079 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” mahnı müsabiqəsinin builki avstriyalı qalibi Konçita Vurst Avropa Parlamentində ayrı-seçkiliklə mübarizə mövzusu ətrafında mətbuat konfransı keçirib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünyaya sülh və sevgi mesajları ötürən 25 yaşlı transseksual ifaçı “Həqiqətən, imkan daxilində daha çox insanla əlaqə qurmaq istəyirəm” sözlərini səsləndirib.

Hər kəsin başqalarının irqinə və ya cinsi seçiminə hörmətlə yanaşmalı olduğunu söyləyən Vurst daha sonra parlament binası önündə konsert verib. Konçitanı izləməyə gələnlər binanın qarşsıında izdihama səbəb olub.
 
Qeyd edək ki, əsl adı Tom Neuvörs olan Konçita Avropa Parlamentinə vəkillərin dəvəti ilə gedib.