“Arşın mal alan” Bişkekdə

“Arşın mal alan” Bişkekdə
1027 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin dəstəyi ilə bu il oktyabrın 15-də Bişkek şəhərində Azərbaycan musiqisi günü keçiriləcək.

Axsam.az AzərTac-a istinadla xəbər verir ki, həmin gün tədbir çərçivəsində Bişkek şəhərindəki A.Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı olacaq.

Tamaşanın quruluşçu rejissoru Qırğızıstanın Əməkdar Artisti Sapar İsmailov, dirijoru Xalq Artisti Jumakadır Kanimetov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir. Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.

Tamaşada əsas rollarda Gülnur Niyazbayeva (Gülçöhrə), Stalbek Junuşaliyev (Əsgər), Nurciqit Asanov (Süleyman), Qırğızıstanın Əməkdar Artisti Kayınbek Kuskakov (Soltan bəy), Kunduz Karıppayeva (Asya), Salıyma Mamatova (Telli), Almazbek İstambayev (Vəli) çıxış edəçəklər.

Tamaşanı teatrın xoru və simfonik orkestri müşayiət edəcək.