İnstaqram sosial şəbəkəsinin yeni “fenomen”i ortaya çıxıb.
Axsam.az-ın xarici saytlara istinadən xəbərinə görə, milyonlarla istifadəçisi olan sosial şəbəkənin yeni “fenomen”i 31 yaşlı aktyor və məşhur aparıcı Paolo Ballesterosdu.
O, makiyaj, parik və linzalar sayəsində özünü dünyanın ən məşhur qadınlarına bənzədir. Sonra isə çəkdiyi fotoları İnstaqramda paylaşır. Bunun sayəsində Ballesterosun izləyici sayı da kifayət qədər artıb.