Məşhur cütlük qızına “Disney” qəhrəmanının adını qoydu - fotolar

Məşhur cütlük qızına “Disney” qəhrəmanının adını qoydu - fotolar
2045 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun tanınmış cütlüyü Eva Mendes və Rayan Qoslinq yeni doğulan qızlarına ad qoyublar.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 3 ildir ki, birlikdə olan cütlük övladına məşhur yazıçı Viktor Hüqonun “Notrdam kilsəsinin qozbeli“ romanından təsirlənərək əsərin qəhrəmanı Esmeraldanın adını qoyub. Bu ad, eyni zamanda, “Disney” qəhramanlarından birinə məxsusdur. Körpənin doğum haqqında şəhadətnaməsində tam adı Esmeralda Amada Qoslinqdir.

Qeyd edək ki, 40 yaşlı Eva Mendes hamiləliyini yalnız 7-ci ayında təsdiqləmiş, həmin vaxta qədər isə mediada bir dənə də olsun,şəkilləri yayılmamışdı. 33 yaşlı Rayan Qoslinqlə Eva 2011-ci ildə “Place Beyond The Pines” (“Şam ağaclarının arxasındakı yer”) filminin çəkiliş meydançasında tanış olaraq evləniblər.