Tuba “Şahzadə” xəbərinə görə 100 min təzminat tələb edir - fotolar

Tuba “Şahzadə” xəbərinə görə 100 min təzminat tələb edir - fotolar
2579 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Tuba Ünsal “Möhtəşəm yüz il” serialında Şahzadə Bəyazid obrazını canlandıran aktyor Aras Bulud İynəmli ilə öpüşərkən görülməsi haqda iddialar səbəbindən məhkəməyə müraciət edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa vəkilləri vasitəsilə İnstanbul Ali Hüquq Məhkəməsində “Şahzadə ilə görüntüləndi” başlıqlı xəbəri hazırlayan qəzetdən mənəvi təzminat kimi 100 min lirə (təxminən 35 min manat) tələb edib.

Qeyd edək ki, həmin yazıda jurnalist Mirgün Cabasla ailəli olan, 2 uşaq anası Tuba Ünsalın pizza restoranlarından birində Aras Bulud İynəmli ilə öpüşdüyü iddia olunurdu. Hətta aktrisanın adıçəkilən serialda yer alan Engin Öztürklə də səmimi şəkildə yaxınlaşdığı söylənilirdi.