Aktrisa prezidentin qarşısında danışa bilmədi

Aktrisa prezidentin qarşısında danışa bilmədi
1554 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur aktrisa Qvinet Peltrou ABŞ-ın Demokrat Partiyasının milli komitə üçün vəsait yığılması ilə bağlı keçirilən tədbirində iştirak edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 200-ədək qonağın qatıldığı yığıncaqda prezident Barak Obama da olub. Aktrisa mərasimdə təntənəli nitq söyləməli olsa da, gözlənilməz vəziyyətlə qarşılaşıb.

Belə ki, rəsmi qonaqların önündə utanan Qvinet yalnız bir neçə sözü ifadəli formada cümlə şəklində səsləndirə bilib. O, daha sonra açıqlamasında belə bir sıxıntı keçirməsinin səbəbini B.Obamanın orada olması ilə əlaqələndirib.
 
Q.Peltrou hətta tədbirdə prezidentə müraciət edərək “Siz elə gözəlsiniz ki, mən normal danışa bilmirəm” deyib.