Elçindən “əxlaqsızlıq yuvası” adlandırılan məkanıyla bağlı açıqlama

Elçindən “əxlaqsızlıq yuvası” adlandırılan məkanıyla bağlı açıqlama
6266 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) saytı  Binəqədi rayonu ərazisində yerləşən "New life" çay evində əxlaqsızlıq yuvası aşkarlanması ilə bağlı məlumat yayıb.

Xaçmaz rayon sakini Heybət Nemətovun "New life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub. Məsələ ilə bağlı "Qafqazinfo" saytı maraqlı fakt əldə edib. Məlum olub ki, əxlaqsızlıq yuvası məşhur müğənni Elçin Hüseynova məxsusdur. Məsələ ilə əlaqədar ifaçının özü ilə əlaqə saxladıq.

Axşam.az-a açıqlama verən E.Hüseynov bunları deyib:

“Bütün hamı mənim nə cür insan olduğumu bilir. Qətiyyən mənim məkanımda elə bir hal baş verə bilməz. Həmin çay evi sənəd üzərində mənə məxsus olmasa da, oranı özüm işlədirəm. Mənim namusum, mədəniyyətim hər kəsə bəllidir. Orada çox məşhurlar olur, heç kim indiyə kimi bu cür halla qarşılaşmayıb. Adıma belə bir qara yaxanın özü tərbiyəsiz, mədəniyyətsizdir. Bunu yazan insanı da məhkəməyə verəcəm. Bir yerdə ki, mən oturub-dururam, orada əxlaqsızlıq ola bilməz. Mənim adım-sanım var. Sənətim var. Buna xələl gətirə bilməzlər”.