Günün menyusu: “Ezogəlin” şorbası

Günün menyusu:  “Ezogəlin” şorbası
3097 dəfə oxunub
  • A-
  • A
  • A+

Ərzaqlar:

Qırmızı mərci – 1 st.
Düyü – 1 x/q.
Ət suyu – 2,5 st.
Soğan – 1 ədəd
Un – 2 x/q.
Yağ – 2 x/q.
Nanə - 2 ç/q.
Kəklikotu – 1 ç/q.
Duz, qırmızı və qara istiot zövqə görə
Su

Hazırlama qaydası:

Ət suyunu qaynadıb, təmizlənmiş mərci, düyü və xırda doğranmış soğanı içərisinə töküb, yumuşalana qədər bişirin. Hazır olduqdan sonra blenderdən keçirin. Digər qabda yağı əridib, unu töküb, rəngi dəyişənə qədər qovurun. İçərisinə qarışdıra-qarışdıra ilıq su tökün. Qatı hala gəldikdən sonra mərcili qarışığı içərisinə əlavə edin. Içərisinə duz töküb bir buğum qaynadın. Digər qabda yağ əridib, içərisinə qırmızı bibər, nanə və kəklikotu tökün. Şorbanı süfrəyə verərkən üzərinə azca ondan əlavə edin.