Tanınmış iş adamı xərçəngdən əziyyət çəkir – fotolar

Tanınmış iş adamı xərçəngdən əziyyət çəkir – fotolar
4032 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli iş adamı Sadəddin Saran bir ildir tiroid xərçəngindən (qalxanabənzər vəzinin xərçəngi) əziyyət çəkir.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, 10 gün əvvəl “Saran Holding”in 20-ci ilini təmtəraqlı məclislə qeyd edən iş adamı bu xəstəlikdən xilas olmaq üçün iki dəfə əməliyyat edilib.

Müalicələr vasitəsilə xərçəng daşıyıcısı olan hüceyrələrin hamısı təmizlənib. Lakin S.Saran həkiminin qadağasına baxmayaraq, hələ də idmanla məşğul olur. O hətta iyulda Fransada üzgüçülük üzrə keçirilən yarışmalardan birinin qalibi də olub.

Qeyd edək ki, Sadəddin Saran vaxtilə müğənni Hülya Avşarla eşq yaşasa da, hazırda diş həkimi Emek Külürlə ailəlidir.