Məşhur model “Ebola”dan əziyyət çəkənlərə kömək edəcək

Məşhur model “Ebola”dan əziyyət çəkənlərə kömək edəcək
869 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış model Naomi Kempbell 2015-ci ilin fevralında “Fashion for Relief” dəb nümayişini təşkil etməyi planlaşdırır.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Kempbel bildirib ki, məqsəd “Ebola” virusu ilə mübarizə aparmağa kömək etməkdir. Buna görə o, Nyu-Yorkda və Londonda bir çox ulduzun iştirakı ilə şou təşkil etmək istəyir.

Naominin sözlərinə görə, bu təhlükəli virus sürətlə yayılır və bununla mübarizə aparmaq lazımdır. O bildirib ki, hələ də çox insanın bu virus haqqında məlumatı yoxdur. Model ümid edir ki, onun tədbiri virusun qurbanlarına kömək edə biləcək, həm də virus haqqında daha çox adam məlumatlı olacaq.