Demi Mur keçmiş ərini ata olmağına görə təbrik edib

Demi Mur keçmiş ərini ata olmağına görə təbrik edib
1408 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur aktrisa Demi Mur keçmiş həyat yoldaşı, tanınmış aktyor Eşton Katçeri ata olması münasibətilə təbrik edib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, aktrisa Eşton Katçer və Mila Kunis cütlüyünün qızlarının olması ilə bağlı keçirilən tədbirdə iştirak edib. Tədbirdə iştirak edənlər bildirib ki, Mur cütlüyü səmimiyyətlə təbrik edib və hədiyyə verib.

Aktrisa hətta yeni doğulan Uayatt İzabel Katçeri tədbir boyu qucağında da saxlayıb. Beləliklə Mur və Katçer arasındakı münasibət boşanma prosesi tamamlandıqdan sonra düzəlib.

Qeyd edək ki, Demi Mur Eşton Katçerin gizli eşq yaşadığını öyrəndikdən sonra xəyanəti bağışlamayıb. Cütlük arasında uzun müddət maliyyə iddiaları ilə bağlı əsəb gərginliyi yaşanmışdı.