Dənizin ortasında qalan aktrisa imdad dilədi

Dənizin ortasında qalan aktrisa imdad dilədi
1770 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Fəxriyyə Evcən sevgilisi Burak Özçivitlə birlikdə oynadığı “Eşq sənə bənzər” filminin çəkilişlərinin aparıldığı Egey dənizində qorxulu anlar yaşayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rolu səbəbindən balıqçı qayığı ilə dənizin ortasına gedən aktrisa mühərrikin qəflətən dayanması zamanı çıxılmaz vəziyyətə düşüb. Çəkiliş heyətinin onu xilas etmək əvəzinə, zarafatlaşdığını görən F.Evcən qorxudan qışqırmağa başlayıb. Fəxriyyə daha sonra həmkarlarının köməyi ilə sahilə çıxarılıb.

Qeyd edək ki, balıqçı Əli ilə dondurmasatan Dənizin eşq hekayəsi əsasında çəkilən ekran işi yanvarın 23-də nümayiş olunacaq.