Aktrisa yenidən psixiatriya xəstəxanasına yerləşdirildi - fotolar

Aktrisa yenidən psixiatriya xəstəxanasına yerləşdirildi - fotolar
3656 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur amerikalı aktrisa Amanda Bayns yenidən psixiatriya xəstəxanasına yerləşdirilib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Nyu-Yorkdan Los-Ancelesə gələn 28 yaşlı ulduz LAX aeroportunun binasından çıxdıqdan sonra onu mehmanxanaya çatdırmalı olan avtomobilə minib. Ancaq qızın valideynləri Amandanın təcili xəstəxanaya yerləşdirməsini təşkil edib və vəkillərlə birlikdə onu gözləyib.

Buna səbəb Baynsın Tvitterdə uşaq vaxtı atasının onu cinsi təcavüzə məruz qoyması və təhqir etməsi ilə bağlı yazdığı fikirlər olub:

“Mən onun hansısa sözünü, yaxud əməlini tuta bilmək üçün telefonun kamerasıyla çəkməyə başladım. İstəyirdim ki, o, murdar ömrünün qalan hissəsini həbsdə keçirsin”.

Aktrisanın anası isə qızının sözlərini tamamilə təkzib edib:

“Həyat yoldaşımla 47 ildir birlikdəyik. Rik bir çox insanın arzuladığı kimi ən yaxşı ata və ərdir. O, heç vaxt Amandanı və ya başqa uşaqları əldə etməyə çalışmırdı. Belə ittihamlar adamı dəhşətə gətirir, bu fikirlər Rikə çox uzaqdır. Bütün bunların kökündə Amandanın psixi vəziyyəti dayanır”.

Sonra Bayns özü də ittihamları təkzib edib:

“Atam heç vaxt belə əməllər törətməyib. Başımın içindəki mikroçip məni belə danışmağa məcbur edir. Ancaq o mikroçipi başıma atam yerləşdirib”.

İndi aktrisa ən azı üç gün klinikada qalmalıdır ki, ekspertlər onun psixi vəziyyətini müəyyən edə bilsinlər. Ancaq bu müddət iki həftəyə qədər uzadıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl qalmaqallı ulduz narkotik istifadə etdikdən sonra və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilmişdi. O, ötən il ilk dəfə psixiatriya xəstəxanasına yerləşdirilib və yarım il orada müalicə olunub. Sonra isə Los-Ancelesdə valideynləri ilə birgə yaşayıb. Valideynləri onun sağaldığını düşünürdü.

байнс

байнс-2