Corc Klunidən sevgilisinə milyonluq hədiyyə

Corc Klunidən sevgilisinə milyonluq hədiyyə
1501 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Corc Kluni ilə sevgilisi Amal Alamuddin bal ayını İngiltərədə keçirəcəklər.

Axşam.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Kluni İngiltərədə bir neçə milyon dollara ev alıb və yenicə evlənmiş cütlük bir müddət orada qalmaq istəyir. “Us Weekly”nəşri bildirib ki, cütlük heç kimin onları narahat etməməsi və təkbaşına bərabər vaxt keçirmələri üçün bu qərara gəliblər.

Qeyd edək ki, 53 yaşlı Kluni 36 yaşlı Alamuddinlə bir müddət öncə münasibətlərini rəsmiləşdirib. Xatırladaq ki, Corc Kluni ikiqat "Oskar" sahibidir və bundan əvvəl bir dəfə evli olub, 1993-cü ildə boşanıb. Əvvəlki müsahibələrində aktyor dəfələrlə daha evlənməyəcəyini bildirmişdi.

Ukraynanın keçmiş baş naziri Yulya Timoşenkonun vəkili olmuş Amal Alamuddinin bu, ilk evliliyidir.