Castin Timberleyk və Cessika Bill məhkəmə çəkişməsində

Castin Timberleyk və Cessika Bill məhkəmə çəkişməsində
1120 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın məşhur pop ifaçısı Castin Timberleyk və bir müddət əvvəl hamilə olduğunu elan edən həyat yoldaşı, aktrisa Cessika Bill İrlandiyanın Ali Məhkəməsinə şikayətlə müraciət ediblər.

Axşam.az-ın xarici mətbuta istinadən xəbərinə görə, onları alman nəşriyyatı Bauer Media Group-un nəşr etdiyi “Heat” jurnalındakı böhtan dolu məqalə hiddətləndirib. Cütlük məqalənin mətninə, fotolara və sitatlara etirazını bildirir.

Ancaq onların məhz nəyə qəzəbləndiyi hələ tam olaraq məlum deyil. Ola bilsin, söhbət Castinin Cessikaya uşaq dünyaya gətirməsini qadağan edən, əks halda boşanacağı ilə hədələdiyini iddia edən materialdan gedir (bunun həqiqətə uyğun olmadığı artıq təsdiqlənib).

Cütlük məhz Dublin məhkəməsinə müraciət edib, çünki jurnal İrlandiyada və bütün Avropada satılır. Onların vəkili Pol Tvid məhkəməyə müraciət olunduğunu təstiq edib, ancaq qeyd edib ki, məhkəmənin işə baxması bir ildən çox çəkə bilər. Məlumata görə, məhkəmə Castin və Cessikanın şikayətlərini ayrı-ayrılıqda qəbul edib.