“Belə tərbiyəsizlik olmaz” - fotolar

“Belə tərbiyəsizlik olmaz” - fotolar
4335 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan həyat yoldaşı Nəslişah Alkoçlarla boşanması xəbərinə münasibət bildirib.

Axşam.az-ın türk mətbuatına istinadən xəbərinə görə, aktyor bir illik evlilik həyatlarında aralarında heç bir problem olmadığını bildirib:

“Bu xəbərlərin qaynağı kimdir? Yalan xəbər yaymaqla məşğul olmasınlar. Xəbər çıxanda biz ailə yeməyində idik. Xanımımla çox xoşbəxtik. Bu xəbər artıq həddini aşdı. Belə tərbiyəsizlik olmaz. Mən belə xəbərlərə öyrəşsəm də Nəslişah üçün çətin olur”.

Nəslişah Alkoçlar isə açıqlamasında deyib: “Analarımızın duaları ilə evliliyimizin üzərində qara buludlar dolaşa bilməz. Biz bu xəbərə əsəbləşsəydik indi başımızda saç qalmazdı. Həyat yoldaşımla xoşbəxtik”.

Cütlük xəbəri yazan mətbuat orqanını  məhkəməyə verəcəklərin bildirib.