Cem Yılmazı Amerikada məyus etdilər

Cem Yılmazı Amerikada məyus etdilər
1826 dəfə oxunub
  • A-
  • A
  • A+
Cem Yılmaz Amerika turuna çıxıb.

Şoumen Nyu-Yorkdakı Linkon Mərkəzdə 2738 nəfərlik salonda 1800 nəfərə tamaşa göstərib.
Axşam.az-ın türk mətbuatına istinadən xəbərinə görə, Nyu-Cersidə 2700 adamlıq salonda 1300 nəfərin qarşısına çıxan Cem Yılmaz Vaşinqtonda da uğursuzluqla qarşılaşıb. Buradakı 1847 nəfərlik salona sadəcə 1150 nəfər gəlib.

Məşhur şoumen Bostondakı 2700 yerlik salona sadəcə 1000 nəfərin gəlməsinə də çox üzülüb. Sonuncu tamaşa göstərəcəyi Mayamidə isə şoumeni daha bir pis sonluq gözləyir. Belə ki, sabahkı tamaşanın göstəriləcəyi salon 2705 nəfərlik olsa da cəmi 1000 bilet satılıb. Bu isə Cem Yılmazı daha da üzüb. Tamaşanın bilet qiymətləri isə 117,5, 146,5 və 175,5 dollaradır.