İranın varlı gənclərinin şəkilləri yayılan İnstaqram hesabı bağlandı

İranın varlı gənclərinin şəkilləri yayılan İnstaqram hesabı bağlandı
2800 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, İranda açılan "The Rich Kids of Tehran” adlı (“Tehranın varlı uşaqları”) İnstaqram hesabında ölkənin varlı gənclərinin lüks həyatını əks etdirən şəkillərin paylaşılması mühafizəkar təbəqənin qəzəbinə səbəb olmuşdu.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq həmin İnstaqram hesabı bağlanılıb. Buna səbəb kimi adıçəkilən səhifənin İslam Respublikası ilə bağlı insanlarda xoş olmayan fikir formalaşdırması göstərilib.
 
Məsələyə münasibət bildirən "The Rich Kids of Tehran”-ın admini “Biz İranın yaxşı tərəflərini ortaya qoymağa çalışırdıq. Nə vaxt beynəlxalq mətbuatda ölkəmizlə bağlı hər hansı bir xəbər yayılırsa, həmişə mənfi sözlər deyilir. Biz bu imici dəyişdirmək istəmişdik”, - deyə açıqlama verib.

Qeyd edək ki, şəriət qanunları ilə idarə olunan İran İslam Respublikasında qadınların küçəyə başıaçıq çıxmalarına görə onlara 1 il həbs və qamçılanmaq cəzası verilir. Lakin Tehranda zəngin ailədən olan uşaqlar bu qanunu pozaraq vaxtaşırı hər iki cinsin nümayəndəsi ilə birlikdə istədikləri geyimdə gecə klublarında görüşürlər.