Pərviz Mahmudov "Mahnılarım yetərincə tanınmağıma bəs edir"

Pərviz Mahmudov "Mahnılarım yetərincə tanınmağıma bəs edir"
2478 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox hit mahnıların müəllifi, sevilən bəstəkar Pərviz Mahmudov axşam.az- a müsahibəsində 2013-cü il üçün planlarından danışıb.

- Niyə səhnədən uzaqlaşmısınız?

- Uzaqlaşmamışam, sadəcə üzdə çox görünməyi sevmirəm. Həm də əgər bəstəkar kimi fəaliyyət göstərirəmsə, dinləyicilərə mənim simam yox, mahnlarım lazımdır. Çox sevindirici haldır ki, bu prinsiplə - sadəcə mahnılarımla dinləyicilərin rəğbətini qazanıram. Bir çox insanlar məndən görünməməyimin səbəbini soruşurlar. Çoxları elə düşünür ki, tez-tez görünmək daha çox fəaliyyət göstərməyin nəticəsidir. Qətiyyən belə deyil. Bəstələdiyim mahnılar yetərincə tanınmağıma bəs edir. Üzdə olanlar mənim gördüyüm işlərin heç yarısını belə edə bilmirlər. Çox görünməyəndə daha rahat oluram.

- Bu il yaradıcılığınızda hansı yeniliklər gözlənilir ?

- 2012-ci il də mənim üçün çox məhsuldar keçdi. Səhnəyə yeni gələn bir çox gənc müğənnilərin “vizit kartı” məhz mənim bəstələdiyim kompozisiyalar oldu. Bununla yanaşı, populyar müğənnilərlə də işbirliyimiz baş tutdu.  Onların arasında xalq artisti Aygün Kazımova, Röya, Sevda Yəhyayeva, Zarina Məmədova, Günay İbrahimli, Seva, Mila kimi müğənnilərin adını çəkə bilərəm. Artıq bu ilin ilk ayları üçün 4-5 yeni mahnımız hazırlanır. Lakin bu mahnıları ifa edəcək müğənnilərin adlarını açıqlamayacağam, təkcə onu deyə bilərəm ki, çox məşhur və əvvəlki kimi işbirliyim olan sənətçilərdir.

- 2013-cü ildə şəxsi həyatınızda dəyişiklik gözlənilirmi?

- Bu barədə yenilik yoxdur. Şəxsi həyat qismətlə bağlıdır, Allahın əlindədir. ..

- Bu yaxınlarda səhhətinizdə problem yarandığı haqda xəbərlər yayıldı.  Bu barədə nə deyə bilərsiniz?

- Yüngül əməliyyat keçirdim. İndi özümü çox yaxşı hiss edirəm.

- Sizin çox gözəl səsinizin olduğunu bilirik. Bir çox müğənnilər məhz sizin hit mahnılarınızla məşhurlaşıb. Niyə aktiv şəkildə müğənnilik fəaliyyəti göstərmirsiniz?

- Bəzən özüm istəyəndə oxuyuram. Amma müğənni kimi yaradıcı fəaliyyətə başlayası olsam, bunu çox gözəl şəkildə edəcəyəm. Ancaq hələlik bəstəkar kimi fəaliyyət göstərməkdən zövq alıram. Bir çox sənətçimizə mahnı verəndə etiraz edirlər. Bildirirlər ki, bəstəkarın özü kimi ifa edə bilməyəcəyik. Hətta bəziləri mahnını mənim ifamın təsiri ilə oxuyub. Keçən il öz bəstəm olan “Sığortasız sevgi” mahnısını oxudum. İfaçılar üçün çətin gələn kompozisiyaları öz ifamda təqdim etmək fikrim var.

- Bəstələrinizdən birini duet oxumaq istərdinizmi?
- Bir çox sənətçilərimiz duet oxumaq təklif edib, razılaşmamışam. Əgər duet oxusam, gərək bütün mahnılarımın ifaçıları ilə bunu edim.

- Mahnılarınızın xarici müğənnilər tərəfindən ifa edilməsini istərdinizmi?
- Türk müğənnilərindən mahnılarımı ifa edən olub. Sadəcə onların albomlarının çıxmasını gözləyirik. Bu yaxınlarda isə elə əcnəbi müğənnilərlə işbirliyi ilə əlaqədar olaraq ölkədən kənarda olacağam.