Amaliya Pənahova "Məhkumlar"da

Amaliya Pənahova "Məhkumlar"da
1330 dəfə oxunub
  • A-
  • A
  • A+
Tamaşaçıların böyük maraqla izlədiyi “Məhkumlar”  serialı daha bir ilkə imza atıb.

Axşam.az-ın məlumatına görə, xalq artisti Amaliya Pənahova bundan sonra adı çəkilən serialda rol alacaq.

Aktrisa indiyə qədər çoxseriyalı filmlərdə rol alsa da,“Məhkumlar” ailəsinə qoşulmaqla karyerasında ilk dəfə bir televiziya serialında obraz canlandıracaq.

Məşhur aktrisanın serialda  ifa etdiyi obrazın adı da elə Amaliyadır. Tamaşaçılar ilk dəfə onu aprelin 11-də, saat 19:15-də “ATV” kanalında yayımlanacaq serialın 27-ci bölümündə görə biləcəklər.

Amaliya xanım bildirib ki,  “Məhkumlar” hazırda Azərbaycan teleməkanında yayımlanan seriallar arasında izləyicilərin ən çox marağına səbəb olan layihələrdən biri, bəlkə də birincisidir:

“Bu səbəbdən istedadlı və gənc rejissor Yaşar Əhmədovun təklifini həvəslə qəbul etdim”.