Almaniyanın ən gözəl türk qızı - fotolar

Almaniyanın ən gözəl türk qızı -  fotolar
2527 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniyanın Gelsenkiçen bölgəsində keçirilən "Miss Turkuaz Germany 2014" müsabiqəsində qalib Berlindən qatılan 24 yaşlı türk qızı Aslı Cankat olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmada eyni xalı qazanan 22 yaşlı Cansu Ezim və 21 yaşlı Yasemin Akan ikinci, Aylın Sezgin adlı gənc qız isə üçüncülüyə yiyələnib. Qalib A.Cankatın tacını "Miss Turkuaz Germany 2013" gözəli Elif Özkan taxıb. Bu il beşincisi keçirilən yarışmaya 20 türk qızı qatılıb. On nəfərdən ibarət münsif kürsüsündə sənətçi Volkan Baydar, Almaniya futbol millisinin keçmiş oyunçusu Gerald Asamoah və başqa məşhurlar yer alıb. 21 yaşlı Nur İlnam isə "Ən fotogenik gözəl" seçilib.

A.Cankat çox xoşbəxt olduğunu, bu uğuruna görə ailəsinə təşəkkür etdiyini bildirib.