Müğənninin evi qulluqçusu tərəfindən soyuldu

Müğənninin evi qulluqçusu tərəfindən soyuldu
2369 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Betül Dəmirin evini soyublar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının evində işləyən qulluqçusu onun qızıllarını və pullarını oğurlayaraq aradan çıxıb.
 
Polisə müraciət edən B.Dəmir “3 aydır yanımda işləyirdi. Evimin açarı onda da var idi. Bəzən paltarlarımı, çantalarımı tapa bilmirdim, amma ondan şübhələnmirdim. İndi isə, elə bil, yuxu görürəm”, - deyə ifadə verib.