Corc Kluninin xanımı soyadını dəyişdi

Corc Kluninin xanımı soyadını dəyişdi
1106 dəfə oxunub
  • A-
  • A
  • A+

53 yaşlı Hollivud ulduzu Corc Kluninin yeni ailə qurduğu xanımı, vəkil Amal Alamuddin ərinin soyadını qəbul edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, vəkil soyadını yalnız şəxsiyyət vəsiqəsində deyil, "Doughty Street Chambers” adlı hüquq şirkətinin rəsmi saytında da dəyişib:
 
“Amal Kluni – beynəlxalq hüquq, insan hüquqları, ekstradisiya və cinayət işləri üzrə vəkil. O, Beynəlxalq Məhkəmə, Avropa Məhkəməsi, Böyük Britaniya və ABŞ-ın milli məhkəmələri qarşısında  zərərçəkənlərin hüquqlarını qoruyur”.