Riçard Girlə sevgilisi ayrıldı

Riçard Girlə sevgilisi ayrıldı
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Riçard Gir 6 aydır birlikdə olduğu sevgilisi, yazıçı-aktrisa Padma Lakşmidən ayrılıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bunu televiziyalardan birinə müsahibəsində P.Lakşmi özü deyib. O bildirib ki, bir-birlərinə kifayət qədər vaxt ayıra bilmədiklərinə görə, Riçardla ayrılıb sadəcə dost olmaq qərarına gəliblər.

Qeyd edək ki, R.Gir ötən il 11 illik həyat yoldaşı Keri Loelldən boşanıb. Onlar ayrılmalarına səbəb kimi həyat barədə fikirlərinin üst-üstə düşməməsini göstərmişdilər.