Cavan qalmaq üçün kosmetik vasitələrdən istifadə edir

Cavan qalmaq üçün kosmetik vasitələrdən istifadə edir
2103 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Britni Spirs kökəlməyə meyilli olduğu üçün artıq çəkiləri ilə mübarizəyə başlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, paparassilər tərəfindən Nyu-Yorkda fitnes mərkəzlərindən birindən çıxarkən görüntülənən ifaçının əlində tutduğu paket diqqət çəkib. Belə ki, həmin paketdə dərini cavanlaşdıran vasitələr istehsal edən məşhur kosmetik firmanın məhsulları olub.
 
Yeri gəlmişkən, Britni son vaxtlar öz xarici görünüşü ilə sevənlərini təəccübləndirib. O, Almaniyada alt paltarı markalarından birinin dəfiləsində pərəstişkarlarının qarşısına qısa saç düzümü ilə çıxmışdı.