Maksim Alla Puqaçova ilə münasibətlərindən danışıb

Maksim Alla Puqaçova ilə münasibətlərindən danışıb
1937 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı aparıcı Maksim Qalkin "Hamı ilə təklikdə" verilişinin qonağı olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənni Alla Puqaçovanın həyat yoldaşı peşəsi ilə yanaşı şəxsi həyatından da danışıb. O, üç illik ailə həyatında cəmi bircə dəfə dalaşdıqlarını deyib:

"Böyük mübahisəmizin olmasını xatırlamıram. Bütün fikirlərimiz, xasiyyətimiz üst-üstə düşür. Həyatda nəyin əsas olub-olmadığına birlikdə qərar veririk".

Maksim əkiz övladları Liza və Harrini necə böyütdüklərindən də bəhs edib. Aparıcı ailədə uşaqlarla bağlı bütün ciddi məsələləri, sərt qərarları həyat yoldaşının verdiyini, özünün isə yalnız bununla razılaşdığını bildirib:

"Allanın bir qızı var - Kristina. O, uşağı necə böyütmək lazım gəldiyinə bələddir. Mən isə bu işlərdə təcrübəsizəm. İndi övladlarımızın yalnız sevgiyə və düzgün tərbiyəyə ehtiyacı var. Biz də bunun öhdəsindən gəlirik".

Qeyd edək ki, biri qız, biri oğlan olan əkizləri keçən il surroqat ana dünyaya gətirib.