Caz festivalının son günü - fotolar

Caz festivalının son günü -  fotolar
1172 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Birinci Beynəlxalq Caz Festivalının son konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, konsertdə ölkəmizdə fəaliyyət göstərən türkiyəli ifaçı Oya Ergün səhnəyə çıxıb. Gecədə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, elm xadimləri və bir sıra ictimai şəxslər iştirak edib. Konsert başlamazdan öncə çıxış edən səfir İsmayıl Alper Coşkun Oya Ergünə öz təşəkkürlərini bildirib:

“Bu möhtəşəm caz festivalının ümumi koordinatorluğunu üzərinə götürən, Oya Ergünə təşəkkür edirəm. Biz Türkiyənin caz dünyasının tanınmış ustadlarını Bakıdakı sevənləri ilə görüşdürdük. Musiqi çalarları dünyada heyranlıqla tanınan odlar diyarı Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürur oldu”.

Daha sonra səhnəyə çıxan Oya Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirib, ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib. Musiqinin insanları bir-birinə yaxınlaşdırdığını deyən məşhur ifaçı Azərbaycanda belə bir incəsənət bayramının təşkilinin onu sevindirdiyini xüsusilə vurğulayıb.

Musiqi axşamında tanınmış ifaçını Türkiyənin caz ustası Evrim Demirel Ensemble, kamançada Munis Şərifov müşayiət ediblər. Dünyanın bir çox şəhərlərində çıxış edən Oya Ergün tamaşaçılara unudulmaz anlar bəxş edib.