Konsertdə 16 nəfər öldü, təşkilatçı intihar etdi - fotolar

Konsertdə 16 nəfər öldü, təşkilatçı intihar etdi - fotolar
3817 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən konsert faciə ilə yekunlaşıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

700 nəfərin tamaşa etdiyi konsert zamanı 16 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Hadisə betonun üzərində olan dəmir məhəccərin sıradan çıxması ucbatından baş verib. Hazırda 8 nəfər yaralının həyatla ölüm arasında olduğu bildirilir.

Agentlik onu da vurğulayır ki, tədbirin keçirilməsinə məsul olan şəxs polis tərəfindən dindirilib. Az sonra isə 37 yaşlı təşkilatçı özünü onuncu mərtəbədən ataraq, həyatla vidalaşıb.

Qeyd olunur ki, qızlardan ibarət ansambl Asiya qitəsində son dərəcə populyardı. Xüsusən gənclər bu ansamblın ifasına maraq göstərirlər.

Yerli polis bildirib ki, bədbəxt hadisə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ucbatından baş verib.

musavat.com