Amerikada "Yeddi gözəl"ə heyran oldular

Amerikada "Yeddi gözəl"ə heyran oldular
1209 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın "UT San Diego" qəzetində “Yeddi gözəl” baleti haqqında məqalə dərc olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Yeddi gözəl"in Amerikada səhnələşdirilməsi geniş rezonans doğurub. Məqalədə vurğulanır ki, balet San Dieqo teatrında səhnələşdiriləndən sonra sənətsevərlər Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanıblar. San Dieqo baletinin bədii rəhbəri Havyer Velasko tamaşanın uğurlu alınması üçün iyun ayında Bakıda səfərdə olub, "Yeddi gözəl" baletinin ən yaxşı parçalarına tamaşa edib, materiallar toplayıb.

H. Velasko etiraf edib ki, poemada şahın yeddi xanımının olması öncə ona qəribə gəlib, ancaq Azərbaycana səfər etdikdən sonra əmin olub ki, bu, şairin təxəyyülünün məhsuludur:

“Poemada söhbət bir kişi ilə yeddi qadından yox, özünü dünya ilə bütövləşdirməyə, fərqli mədəniyyətləri öyrənməyə və özünü təkmilləşdirməyə çalışan ölkədən, insandan gedir".

H. Velasko bildirib ki, baleti hazırlamaqda əsas məqsəd zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaq olub.