Bakıda teatr festivalı keçiriləcək

Bakıda teatr festivalı keçiriləcək
681 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 27-dən 31-dək Bakı şəhər xalq teatrlarının festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, idarədən AzərTAc-a bildirilib ki, festivalda 17 mədəniyyət müəssisəsindən 19 kollektiv iştirak edəcək.

Qeyd edək ki, festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə təşkil olunacaq.