Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
1073 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yağış gündüz tədricən kəsiləcək. Havanın temperaturu gecə və gündüz 10-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.