Bakı Caz Festivalı başladı

Bakı Caz Festivalı başladı
454 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı – 2014” başlanıb.

Axşam.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimi açan tanınmış telejurnalist Rahib Azəri bildirib ki, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Eyni zamanda, Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Onu Tomas Morqan (bass), Ceyms Betss (zərb alətləri) müşayiət ediblər.

“Bakı Beynəlxalq Caz Festivalı – 2014” oktyabrın 30-dək davam edəcək.