Turan: “Televiziyada yenilikləri ilk mən edirəm” - video

Turan: “Televiziyada yenilikləri ilk mən edirəm” - video
1319 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Turan İbrahimov həmkarlarını onu təkrarlamaqda günahlandırıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “Onlar” verilişinə açıqlamasında hər zaman ilklərə imza atdığını deyib:

“Həmkarlarım inciməsin, hər zaman yeni layihələri ilk mən etmişəm. Bu bir faktdır. İlklərə imza atıram. Mənim apardığım verilişlərə baxın, sonra baş verənlərə nəzər salın. Mən edəndən sonra, başqaları da təkrarlamağa başlayıblar. Yeni formatda bir neçə layihəm var. Yəqin onları reallaşdırandan sonra digər aparıcılar da həmin formata keçəcəklər. “Şou” sözü təkcə Azərbaycanda əyləncə kimi qəbul edilir. Dünyada ağır-siyasi verilişlərə də şou deyilir. “ATV səhər”də ikinci ildir ki, çalışıram. Azərbaycanda ilk dəfədir, səhər verilişi xəbərlə təqdim olunur. Bizdə səhər proqramı deyəndə hər zaman musiqi, keyfiyyətsiz əyləncə, yersiz söhbətlər başa düşülürdü. Bu isə insanlar tərəfindən tənqidlə qarşılanırdı. Amma mən tamaşaçılara xəbərləri fərqli formada təqdim edib, səhər verilişinə yeni format gətirdim”.