Murad Arif 25 kiloqram arıqlayıb belə oldu - fotosessiya

Murad Arif 25 kiloqram arıqlayıb belə oldu - fotosessiya
3321 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-aparıcı Murad Arif yaradıcılıq işlərindən danışıb.

Axşam.az-a açıqlama verən M.Arif bildirib ki, özünü müğənni kimi sınamaqda ciddidir:

"Artıq yarım ildir ki, vokal dərsləri alıram. İlk ifa etdiyim “Həyat yoldaşımsan” adlı mahnımdan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar əlbəttə ki, adama həvəs, “qol-qanad” verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjimandadır. Yaxın günlərdə medianı ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü bir klip alınıb. Tamaşaçılarla paylaşmağa tələsirəm. Ekran işində tərəf müqabilim məşhur bir simadır. O kimdir? Bu, sirr qalsın. Təqdimat zamanı məlum olacaq".

M.Arif həmçinin yeni fotosessiyasından söz açıb:

“Açığını deyim, bir neçə il öncə çəkilmiş şəkillərimi elə də sevmirəm. Çünki çox kilolu görsənirəm. İndi xeyli, təxminən 25 kilodan artıq çəki atmışam. Bəzən xəbər portalları haqqımda yazılan xəbərlərdə köhnə şəkillərimdən istifadə edir. Buna görə də yeni fotosessiya etdirmək qərarına gəldim. Düşünürəm ki, fərqli alınıb. Fotoları və klipimi Fərhad Ali çəkib".