Əzizağa Əzizovun ad günüdür

Əzizağa Əzizovun ad günüdür
891 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının vokal artisti Əzizağa Əzizovun 54 yaşı tamam olur.

Axşam.az xəbər ki, aktyor indiyədək ad gününü təntənəli qeyd etmədiyini deyib:

"Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Adətən dostlar-tanışlar zəng vurub təbrik edirlər. Neçə illərdir ki, doğum günümdə mənə ilk zəng edən teatrımızın direktoru Əliqismət Lalayevdi. O, həmişə hamını qabaqlayır. 23 ildir bu günü ailəmlə birlikdə, evdə qeyd edirəm. Yenə ənənəmə sadiq qalacağam".