Kürdəmirdə Bayraq Meydanı tikiləcək - fotolar

Kürdəmirdə Bayraq Meydanı tikiləcək - fotolar
1351 dəfə oxunub
  • A-
  • A
  • A+
Kürdəmir rayonunda böyük Bayraq Meydanı inşa olunacaq.
 
Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, meydan rayon mərkəzinin şərq hissəsində, Bakı-Ələt-Gürcüstan sərhədi magistralının üstündə tikiləcək. 5 hektar ərazini əhatə edəcək Bayraq Meydanında bir neçə müasir fontan, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, istirahət guşələri yaradılacaq.
 
Meydanda müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada müxtəlif kompozisiyalı çəmənliklər yaradılacaq.
 
Bayraq Meydanının ümumi sahəsi 5 hektar olacaq ki, bunun 3 hektarı yaşıllıq sahələri, digər iki hektarı isə tikililər üçün nəzərdə tutulub. Hazırda ərazidə layihələndirmə işləri həyata keçirilir.
 
Qeyd edək ki, həm də böyük park funksiyasını daşıyacaq Bayraq Meydanının magistral yolun üzərində olması uzaq səfərlərə çıxmış insanların istirahətinin təşkil edilməsi üçün də əhəmiyyətli olacaq.