“Həyat yoldaşım deyir ki, kökəl, “toppuş” vaxtlarını sevirəm”

“Həyat yoldaşım deyir ki, kökəl, “toppuş” vaxtlarını sevirəm”
3584 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emma Ələkbərzadənin həyat yoldaşı onun kökəlməsini istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Stop” verilişinin qonağı olarkən deyib.

O, “Kök olsaydınız, həyat yoldaşınız sizi sevərdi” sualına belə cavab verib:

“Əlbəttə sevərdi. Çünki mənə deyir kökəl, sənin “toppuş” vaxtlarını sevirəm. O sözü eşidəndə qışqırıram. Heç vaxt kökəlməyəcəm. Çünki pəhrizin bütün sirlərini bilirəm. Amma onları deməyəcəm. Paxılam... İnsanlara deyirəm ki, hər adamın individual orqanizmi var. Hərə bir ərzaqdan kökəlir, arıqlayır. Dietoloqla məsləhətləşsinlər. Bir nəfər sosial şəbəkədə mənə yazmışdı ki, “sənə nifrət edirəm”. Soruşuram niyə? Deyir siz arıqlamısınız, mən isə yox. Pəhrizimi kiməsə söyləyərəm, nəsə olar, xəstələnər, sonra ailənin qarşısında cavabdeh mən olacam axı. Bunu da istəmirəm”.

Qeyd edək ki, “Stop” verilişinin müəllifi Nail Naiboğludur.