Mehriban Əliyeva iranlı vitse-prezidentlə görüşüb - fotolar

Mehriban Əliyeva iranlı vitse-prezidentlə görüşüb - fotolar
1159 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söyləyib. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirib.

Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən birinci xanım bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirib, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə edib.

Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğulayıb ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.