İtalyan aktrisa Bakıda – foto

İtalyan aktrisa Bakıda – foto
1440 dəfə oxunub
  • A-
  • A
  • A+
İtalyan aktrisası Anita Kravos Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa İtalya film festivalının açılışında iştirak edib.

Festival İtaliya cəmiyyəti olan N.I.C.E, İtaliyanın və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşır. Festival müddətində 6 film nümayiş olunacaq. Açılışda İtaliyaya uğur gətirən, 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülən “Böyük gözəllik” ekran işi nümayiş olunacaq.

Filmin baş qəhrəmanı Anita Kravos belə bir tədbirdə çıxış etməyin onun üçün fəxr olduğunu bildirib.