Bu gün əməkdar artist Tünzalə Ağayevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənninin 38 yaşı tamam olur.

Tünzalə Ağayeva 1976-cı ildə Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Müğənni hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Bir qızı var.

 
 
 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər