Müğənni Günay İbrahimli küsülü olduğu həmkarları Sevil və Sevinc bacıları ilə barışıb.

Axşam.az-ın məlumatına görə, ifaçıları aparıcı Zaur Kamal barışdırıb.

“Ay Zaur”a qonaq olan əkiz bacılar aparıcının onlara ünvanladığı “Niyə Günayı verilişinizə dəvət etmirsiniz? 4 aydır ona uyğun mövzu olmayıb” sualına belə cavab veriblər:

“Bəli, 4 aydır efir aparırıq, amma onu dəvət etməmişik. Aramızda inciklik yoxdur. Sadəcə Günaya uyğun mövzumuz olmayıb”.

G.İbrahimli isə bacılardan fərqli olaraq, küsülülüklərini etiraf edib:

“Aramızda inciklik olduğu düzdür. Amma elə də böyük bir problem deyil. Məni tanıyanlar bilir ki, kimdənsə inciyirəmsə, onunla barışmıram. Həmin insanı silirəm. Şou-biznesdə mənim də sildiyim adamlar var. Onlarla heç vaxt barışmayacam”.

Günayın sözlərinə isə bacılar “İnciklik ola bilər. Gəncik, hansımızsa nəsə xoşagəlməz hərəkət edə bilərik. Günayla küsülü deyildik, amma münasibətimiz də yox idi”, - deyə cavab veriblər.

Z.Kamal sonda müğənniləri barışdırıb.

 
 
 
 


                 

Digər Xəbərlər