Hollivud aktyorları “erməni soyqırımı” haqda filmdə çəkilə bilər

Hollivud aktyorları “erməni soyqırımı” haqda filmdə çəkilə bilər
980 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada prodüserliklə məşğul olan erməni mənşəli  Valeri Saaryan “erməni soyqırımı”ndan bəhs edəcək film çəkiləcəyini bildirib.
 
Filmin əsas qəhrəmanı ömrünün son illərini Parisdəki ruhi xəstəxanada keçirən erməni bəstəkarı Komitas olacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı prodüser filmdə “Oskar” mükafatı alan  aktyorlar Edrian Broudi, Dastin Hoffman və Alen Delonun çəkiləcəyini vurğulayıb:

“Edrian Broudi filmdə erməni bəstəkar Komitası canlandıracaq. O, ssenarini oxuyub və çəkilişlərə razılığını verib. Əgər hər hansı çətinlik yaranmasa, Broudi Komitas rolunu ifa edəcək”.

Bundan başqa, Saaryan ssenaridə yer alan komissar Verjye obrazını ya Jerar Depardyenin, yaxud Jan Renonun canlandıracağını bildirib. Komitasın əsəb xəstəxanadakı müalicə həkimini isə Fransa kinosunun canlı əfsanəsi, 79 yaşlı Alen Delon oynayacaq.

Komitasla xəstəxanada dostluq edəcək digər obraz, yəhudi şahmatçısı Şpilmahr sürətini isə 2 dəfə “Oskar”a layiq görülən Dastin Hoffman canlandıracaq.

Valeri Saaryan 2016-cı ilin yazında premyerası keçiriləcək filmin rejissorunun isə Romçan Polnaski ilə Miloş Formandan biri olacağını vurğulayıb. “Erməni soyqırımı”nın təbliğinə hesablanan filmin büdcəsi 17 milyon dollardır.