“Hələ atamgil bilmir ki, mən... ” – Elxan Şirinov

“Hələ atamgil bilmir ki, mən... ” – Elxan Şirinov
2414 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elxan Şirinov özünü xoşbəxt ifaçı hesab edir.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “Onlar” verilişinə açıqlamasında deyib.

“Xoşbəxt insanam ki, bu qədər mahnım dillər əzbəridir. Təvazökarlıqdan uzaq danışdığımı desələr də, belədir. Bir albom hazırlayacam. “Gəl ayrılaq birdəfəlik” mahnısı ilə işə başlamışam. Ömrüm boyu adilikdən qaçmışam. Qeyri-adiliyi sevirəm. Çox əzaziləm. Yola vermək anlayışım yoxdur. İlk dəfədir deyirəm: hələ evdə atamgil bilmir ki, mən müğənniyəm. Heç vaxt onlardan soruşmamışam, oxumağımı bəyənirlər, ya yox. İfa etmək mənim hobbimdir. Tale elə gətirdi ki, bu oxumaqla yaşayıb, qazandım. Təpədən-dırnağa müəlliməm. Amma mən 99 faiz müğənni kimi reklam olunub yadda qalmışam”.